Horeca və pərakəndə biznesləri üçün texnoloji tərəfdaş

Biznes prosesini, proqramı və inteqrasiyanı birləşdirən texnoloji tərəfdaş.

horeca.az sadəcə ERP, kassa və POS proqramı satmır — problemi sizinlə birlikdə həll edən texnoloji tərəfdaşdır. Proseslərinizi və mövcud sistemlərinizi öyrənir, uyğun Next məhsulunu iş axınınıza uyğunlaşdırır, tələb olunan inteqrasiyaları qurur və həlli komandanızla birlikdə tətbiq edib inkişaf etdiririk.

24 saat ərzində cavab Öhdəliksiz demo B2B — bizneslər üçün
Ekosistem

Bir ekosistem. Bir həqiqət.

Birgə istifadədə məhsul, qiymət və qalıq bir dəfə yazılır — kassa, restoran, onlayn mağaza və çatdırılma eyni rəqəmi görür. Məcburi məhsul bağı yoxdur: hər məhsul ayrılıqda alına bilər, mövcud ERP/POS sisteminizlə fərdi inteqrasiya qurulur.

NextAZ ERP · məlumat mərkəzi NextCashier Mağaza POS · offline-first NextTerminal Restoran POS · mətbəx çeki store.horeca.az B2B təchizat · tezliklə Next2 Yemək çatdırılma · tezliklə master-data ↔ satış satış ↔ master-data kataloq · qiymət · qalıq sifariş → satış sənədi NextAZ ERP · məlumat mərkəzi NextCashier Mağaza POS · offline-first NextTerminal Restoran POS · mətbəx çeki store.horeca.az B2B təchizat · tezliklə Next2 Yemək çatdırılma · tezliklə master-data ↔ satış satış ↔ master-data kataloq · qiymət · qalıq sifariş → satış sənədi

Yaşıl — bu gün işləkdir · sarı — yol xəritəsində. Hamısı bir şirkətdən: horeca.az · hər məhsul ayrılıqda və ya birlikdə.

Məhsullar

Özünüz görün — özünüz sınayın.

Ekranlar məhsulların nümayiş görüntüləridir; interfeys dilləri məhsula görə fərqlənir və hər kartda göstərilir. Gerçək app üçün demoya müraciət edin.

ERP · Arxa ofis

Əməliyyatdan maliyyə hesabatına qədər.

Alış, satış, anbar, əmək haqqı, maliyyə və mühasibat bir platformada. Sənəd təsdiqlənəndə stok, borc, ƏDV və müxabirləşmə izi eyni axında formalaşır — rəqəm sənədə qədər izlənir.

  • E-qaimə məlumatı UBL 2.1 formatında hazırlanır
  • Əmək haqqı, vergi və sosial ayırmalar — tarixlənmiş konfiqurasiya ilə
  • Anbar: partiya, son istifadə tarixi, maya və silinmə təhlili
  • Daxili nəzarət: dəyişiklik izi, kassa fərqi, istisna hesabatları
İstismarda · davamlı inkişafda · interfeys: az
Onlayn demo istə →Ətraflı: NextAZ →
Mağaza POS

İnternet getdi? Satış getmədi.

Offline-first kassa: barkod → çek → lokal baza. Enterprise paketində əlaqə bərpa olunanda satışlar mərkəzi arxa-ofisə sinxronlaşır.

  • Barkodla saniyəlik satış — növbə gözləmir
  • Növbə təhvili və kassa nəzarəti — fərq kassir, növbə və səbəb üzrə görünür
  • Rol-əsaslı icazələr (kassir / menecer / admin)
  • Pro → Enterprise: çox mağaza, mərkəzi server
Funksional məhsul · aktiv inkişafda · az · en · ru · tr
Onlayn demo istə →Ətraflı: NextCashier →
Restoran POS

Zaldan mətbəxə — bir toxunuş.

Masa açılır, sifariş mətbəx ekranına (KDS) strukturlu tapşırıq kimi gedir — yalnız dəyişən sətir ötürülür. Açıq sifariş lokal bazada qorunur.

  • Masa/zal idarəsi + KDS — sifariş itmir
  • Zəif mini-PC-də axıcı — avadanlığa artıq xərc yox
  • Offline-first: internet kəsiləndə əsas satış axını davam edir
  • İnterfeys: az · en · ru (tr yol xəritəsində)
Pilot namizədi · aktiv inkişafda
Onlayn demo istə →Ətraflı: NextTerminal →
B2B Təchizat

Biznesiniz üçün mağaza — müqavilə qiyməti ilə.

Təmizlik, avadanlıq, qida və sərfiyyat — hamısı bir yerdən, hesab-əsaslı, müqavilə ilə.

  • B2B qiymət səviyyələri — pərakəndə deyil
  • Kataloq və qalıq NextAZ ilə sinxron
  • Hesab-faktura ilə ödəniş — kart məcburiyyəti yox
Tezliklə — gözləmə siyahısı açıqdır
Gözləmə siyahısına yazıl →
Çatdırılma · B2C kanalı

Menyunuz müştərinin cibində.

Ekosistem restoranlarının menyusu və sifarişləri son istehlakçıya — sifariş, kuryer, izləmə.

  • Sifariş birbaşa NextTerminal-a düşür
  • Satış sənədi avtomatik NextAZ-da
  • Canlı kuryer izləmə
Tezliklə — yol xəritəsində
Maraqlanıram →
Funksionallıq

Hər məhsul öz işində dərin.

Parlaq slaydlar yox — konkret imkanlar. İstər inteqrasiyalı, istərsə də ayrılıqda (standalone) istifadə edin — hər biri öz işini dərindən görmək üçün hazırlanıb. Modul-modul dərin məzmun ayrıca məhsul səhifələrindədir.

NextAZ — ERP

Arxa ofisin beyni: mühasibat, əmək haqqı, anbar, e-qaimə hazırlığı.

Daha ətraflı → Təklif al → Demo tələb et →
İkili yazılış mühasibatıGL təsiri olan sənəd təsdiqlənəndə debet/kredit sətirləri hesab xəritəsinə uyğun yaranır — sənəddən müxabirləşməyə keçid var.
E-qaimə — UBL 2.1 hazırlığıE-qaimə məlumatı UBL 2.1 formatında hazırlanır; birbaşa göndərmə və status izləmə aktiv konfiqurasiyadan asılıdır, demoda göstərilir.
HR və əmək haqqıKadr sənədləri, tabel, məzuniyyət; vergi və sosial ayırmalar tarixlənmiş konfiqurasiya ilə hesablanır — tətbiq olunan dövr demoda göstərilir.
Anbar və maya dəyəriPartiya, son istifadə tarixi, yerdəyişmə və səbəb kodlu silinmə — miqdar və stok dəyəri eyni prosesdə uzlaşır.
CBAR məzənnəValyuta məzənnələri avtomatik çəkilir, sənədlərə tətbiq olunur.
Daxili nəzarət və auditKassa fərqi, dəyişiklik tarixçəsi, risk reyestri və KPI paneli — «nə daxil edilib?» ilə yanaşı «nə edilməyib?» sualı da görünür.

NextCashier — Mağaza POS

Pərakəndə kassa: sürətli, offline, auditli.

Daha ətraflı → Təklif al → Demo tələb et →
Offline-first nüvəLokal baza əsasdır — internet yoxdursa da satış tam sürətlə gedir.
Fiskal/NKA və bank POS adapterləriProqram tərəfində hazırdır; cihaz Omnitech/NBA kimi tərəfdaşdan gəlir — inteqrasiya obyekt üzrə birgə konfiqurasiya və sınaqla tamamlanır.
Audit jurnalı (hash-chain)Əməliyyatlar əlavə-yönlü zəncirlə qeydə alınır — sonradan müdaxilə zəncir uyğunsuzluğu kimi aşkarlanır; riskli hadisələr aktor və vaxtla görünür.
Rol-əsaslı icazələrKassir, menecer, admin — hər kəs yalnız öz səlahiyyətində.
Mərkəzi arxa-ofis (Enterprise)Kassa əməliyyatları, təsdiq növbələri, kataloq, satınalma, hesabatlar və audit — çox mağaza bir mərkəzdən; Pro tək mağaza üçün lokal işləyir.
Növbə və mağaza bağlanışıAçılış məbləği, hesablanan/təhvil fərqi, ləğv və qaytarma ayrıca görünür; gec sinxronlaşan offline satış itmir — siqnal yaradır.

NextTerminal — Restoran POS

Zal, mətbəx və kassa — bir terminalda.

Daha ətraflı → Təklif al → Demo tələb et →
Masa, zal və KDSSifariş mətbəx stansiyasına strukturlu tapşırıq kimi gedir; dəyişiklikdə yalnız dəyişən sətir ötürülür — iki dəfə hazırlama riski azalır.
Bölünmüş ödəniş və çek nəzarətiNağd/kart/bonus cəmi çeklə üst-üstə düşməyincə ödəniş çağırılmır; qaytarma ilkin ödəniş hissələrinə bağlanır.
Zəif maşında smoothWindows 11 mini-PC, az RAM — yenə də axıcı. Bahalı avadanlıq şərt deyil.
Çoxdilli interfeysaz · en · ru hazır; tr yol xəritəsində — komanda hansı dildə rahatdırsa.
Audit və bərpaHəssas əməliyyatlar səbəb və ikinci təsdiqlə; hash-zəncir audit izi; açıq sifariş restartdan sonra bərpa olunur.
Fiskal/NKA və bank POS adapterləriProqram tərəfində hazırdır; cihaz tərəfdaşdan gəlir — satış, qaytarma, fiskal çek və kart ödənişi sınaqları obyekt üzrə birgə aparılır.
TEZLİKLƏ

store.horeca.az — B2B təchizat

Təmizlik, avadanlıq, qida, sərfiyyat — müqavilə-əsaslı, hesabla ödəniş, NextAZ kataloqu ilə sinxron.

Gözləmə siyahısına yazıl →
TEZLİKLƏ

Next2 — yemək çatdırılma

Ekosistem restoranlarının menyusu son istehlakçıda: sifariş → mətbəx → kuryer → qapı. Hamısı izlənir.

Maraqlanıram →

Sizə özəl həllə ehtiyacınız var?

Siyahıda olmayan tipdə app və ya sistem istəyirsiniz? Tələblərinizi qısa brif kimi göndərin — brifiniz əsasında sizə konkret təklif hazırlayaq.

Brif göndər
Niyə horeca.az

Qazancınız haradan artır?

Dörd konkret mənbədən — hər biri məhsulun dizaynından irəli gəlir. Vəd deyil, mexanizmdir.

01

«Şəbəkə qırılsa da, kassa işləyir.»

İnternet kəsiləndə əsas satış axını davam edir: hər kassanın öz lokal bazası var, bağlantı qayıdanda sinxronizasiya bərpa olunur. Hər dəqiqə fasilə — itirilmiş çekdir; şəbəkə səbəbli fasiləni aradan qaldırırıq.

02

«Qanunvericilik dəyişikliyi idarə olunan prosesdir.»

UBL 2.1 e-qaimə hazırlığı, tarixlənmiş vergi/sosial konfiqurasiya, CBAR məzənnə, MMUS və vergi amortizasiya kitabları. Dəyişiklik izlənir, məhsula təsiri qiymətləndirilir, test edilir və qüvvəyə minmə tarixi ilə versiyalanmış yeniləmə kimi verilir — «hər şey avtomatik» deyil, izlənən proses.

03

«Bir həqiqət — məcburi paket olmadan.»

«Bir həqiqət» hansı sistemin hansı məlumat üçün əsas mənbə olduğunun razılaşdırılmasıdır. Next məhsulları birlikdə işləyəndə məlumat bir dəfə yazılır; ayrılıqda alınanda isə mövcud ERP/POS-unuzla fərdi inteqrasiya qurulur — ikiqat iş bitir, ölü stok və itki görünən olur.

04

«Zəif maşında da smooth.»

Region reallığı: köhnə kompüter, zəif internet, mini-PC. Məhsullarımız məhz bu şərtlər üçün yüngül qurulub — bahalı avadanlıq almırsınız, pul qazanca qalır.

Bir satışın zənciri — əl dəymədən.

Kassa və ERP birgə işləyəndə çek bağlananda arxada nə baş verir? Zəncir avtomatikdir — az əmək, az xəta (fərdi inteqrasiyada eyni zəncir mövcud ERP-nizlə razılaşdırılmış xəritə üzrə qurulur):

Missiya

Birlikdə böyüyək.

Bir dəfə satıb getmirik — uzunmüddətli işləyirik: prosesləri birlikdə qururuq, komandanızı öyrədirik, ehtiyac dəyişdikcə sistemi birlikdə böyüdürük. İT-dən mühasibatlığa, kadrlardan təchizata — dəyər zəncirinin hər halqasında yanınızdayıq.

İT infrastruktur Proqram təminatı Maliyyə & mühasibatlıq Kadrlar & sertifikasiya Bazar araşdırması Təchizat — store.horeca.az Çatdırılma kanalı — Next2

İş üsulumuz — lisenziya deyil, idarə olunan tətbiq

Hər layihə eyni yeddi addımla gedir. Sonuncu addım layihənin sonu deyil: məhsul yeni ehtiyaclar, cihaz/protokol dəyişiklikləri və tətbiq olunan qanunvericilik yenilikləri ilə versiyalanmış buraxılışlarla inkişaf edir.

01Dinləyirikproblem, rollar və qərar meyarları
02Xəritələyirikproses, sistem landşaftı, nəzarət boşluqları
03Razılaşdırırıqhədəf proses, məlumat sahibliyi, əhatə
04Uyğunlaşdırırıqproqram iş axınınıza görə konfiqurasiya olunur
05İnteqrasiya edirikmövcud ERP/POS, cihaz tərəfdaşı, miqrasiya
06Komandanı hazırlayırıqqəbul sınağı və yerində təlim
07Ölçüb inkişaf edirikKPI, buraxılış qeydləri, davamlı yeniləmə
FAQ

Tez-tez verilən suallar

horeca.az hansı proqramları təqdim edir?

Beş məhsuldan ibarət ekosistem: NextAZ — mühasibat, maaş, anbar uçotu və e-qaimə üçün ERP; NextCashier — market və mağazalar üçün kassa (POS) proqramı; NextTerminal — restoran, kafe və bar üçün POS sistemi; store.horeca.az — B2B təchizat platforması; Next2 — çatdırılma həlli (yolda). Hamısı ayrılıqda da, birlikdə də işləyir.

Proqramlar Azərbaycan qanunvericiliyinə uyğundurmu?

Sistemlər yerli tələblər nəzərə alınaraq qurulur: e-qaimə məlumatının UBL 2.1 formatında hazırlanması, ƏDV və vergi hesabatlılığı, kassa əməliyyatları, tarixlənmiş vergi/sosial konfiqurasiya. Tənzimləyici dəyişikliklər izlənir, məhsula təsiri qiymətləndirilir, test edilir və qüvvəyə minmə tarixi nəzərə alınmaqla versiyalanmış yeniləmə kimi verilir. «Bütün qanun dəyişiklikləri avtomatik və dərhal tətbiq olunur» vədi vermirik — tətbiq olunan dövr və əhatə demo zamanı konkret göstərilir.

Clopos, iiko və ya Poster istifadə edirəm — horeca.az-ın fərqi nədir?

Bu sistemlər tanınmış POS həlləridir. horeca.az fərqi ondadır ki, biz yalnız POS lisenziyası vermirik: biznes prosesini xəritələyir, POS-u ERP, mühasibat, anbar və B2B təchizatla eyni modeldə əlaqələndirir, mövcud sistemlərinizlə fərdi inteqrasiya qururuq. Offline-first arxitektura ilə internet kəsiləndə əsas satış axını davam edir. Keçid zamanı məlumatların köçürülməsində komandamız kömək edir.

İnternet kəsiləndə satış dayanır?

Xeyr. Hər kassanın öz lokal bazası var — barkod, çek və əsas satış axını internetsiz də işləyir; bağlantı qayıdanda sinxronizasiya bərpa olunur. Cihaz, elektrik və disk nasazlığı ayrıca risklərdir və quraşdırma planında nəzərə alınır.

Kiçik kafe və ya market üçün də uyğundurmu?

Bəli — məhsullar ayrılıqda (standalone) da istifadə oluna bilir: yalnız kassa proqramı (NextCashier) və ya yalnız restoran POS-u (NextTerminal) götürmək olar; biznes böyüdükcə ERP və digər modullar qoşulur.

Qiymət necə müəyyənləşir?

Qiymətə təsir edən amillər: kassa/filial sayı, seçilən modullar, istifadəçi sayı, inteqrasiya əhatəsi, məlumat miqrasiyası, cihazın obyekt üzrə işə salınması və dəstək səviyyəsi. Hər biznesə fərdi təklif hazırlayırıq — formu doldurun, 24 saat ərzində sizinlə əlaqə saxlayaq.

Mövcud sistemdən (Excel, 1C və ya köhnə POS) keçid çətindirmi?

Keçid «bir düymə» deyil, amma idarə olunan prosesdir: hesab planı, tərəflər, nomenklatura, açılış qalıqları, borclar və aktivlər üzrə ayrıca miqrasiya və üzləşmə planı hazırlanır, komandanız yerində öyrədilir. Biznes dayanmadan, mərhələli keçid planı ilə işə salırıq.

NextCashier və ya NextTerminal almaq üçün NextAZ şərtdirmi?

Xeyr. Məcburi məhsul bağı yoxdur: NextCashier və NextTerminal müstəqil işləyə və ya sizin mövcud ERP/mühasibat sisteminizlə fərdi inteqrasiya edilə bilər; NextAZ da başqa kassa, POS və terminal sistemləri ilə inteqrasiya oluna bilər. Hansı məlumatların hansı istiqamətdə ötürüləcəyi satışdan sonrakı proses və sistem təhlilində, məlumat xəritəsi və qəbul planında müəyyənləşir.

Fiskal kassa (NKA) və bank POS cihazını siz verirsiniz?

Xeyr — horeca.az avadanlıq təchizatçısı deyil. Proqram tərəfində fiskal/NKA və bank POS adapterləri mövcuddur. Fiskal NKA Omnitech, NBA kimi e-kassa operatoru/cihaz tərəfdaşı, bank POS isə layihədə razılaşdırılan bank POS tərəfdaşı vasitəsilə obyekt üçün təqdim edilir (layihədən asılı olaraq hər iki rolu eyni tərəfdaş daşıya bilər). horeca.az satış proqramını həmin cihazlarla tərəfdaşla birlikdə inteqrasiya edir: IP/host, port, token və digər rekvizitlər konfiqurasiya olunur, satış, qaytarma, fiskal çek və kart ödənişi sınaqları birgə aparılır. Bu mərhələ yeni adapter hazırlanması deyil; yeni cihaz və ya fərqli protokol olarsa, ayrıca texniki qiymətləndirmə edilir.

Başlayaq

Biznesinizə uyğun təklif alın.

Formanı doldurun — biznesinizi dinləyək, sizə uyğun konfiqurasiya və qiymət təklifi hazırlayaq.

  • 24 saat ərzində geri dönüş
  • Onlayn demo + quraşdırma planı
  • Biznes növünüzə uyğun konfiqurasiya
  • Öhdəliksiz — qərar tam sizindir

İlk müştərilərimizlə design-partner kimi işləyirik: ehtiyacınız məhsulun yol xəritəsini birbaşa formalaşdırır.

Qiymət təklifi istəyin

Göndərməklə əlaqə məlumatlarınızın təklif məqsədilə istifadəsinə razılıq verirsiniz.